Peşəkarları ilhamlandırmaq
bizim işimizdir!

ƏTRAFLI

BİZ KİMİK ?

ACH dəfələrlə beynəlxalq tədbirlərin təşkilatçılığını etmiş peşəkar komandanın yaratdığı bir təşkilatdır. Əsas məqsədimiz sağlam korporativ mühitdə fəaliyyət göstərən qurumlar arasında kommunikasiyanı gücləndirmək, əməkdaşların asudə vaxtlarını səmərəli şəkildə təşkil etmək, müxtəlif yarışlar vasitəsilə sağlam rəqabət prinsipinə əsaslanaraq ən yaxşı qurumları müəyyən edərək onları mükafatlandırmaqdır. Bundan əlavə, məqsədimiz ACH-ın beynəlxalq praktikalarla uyğunlaşaraq hərtərəfli inkişafına dəstək verməkdir. Əsas korporativ dəyərlərimiz isə peşəkarlıq, dürüstlük və mükəmməllikdir. Peşəkarları ilhamlandırmaq – bizim işimizdir!

TƏDBİRLƏR

Burada ACH tərəfindən təşkil olunmuş və olunacaq tədbirləri görə bilərsiniz

Keçirilən mühüm tədbirlərin təşkilatçısı olmaqdan qürur duyuruq.

eurovision

Eurovision

Eurovision 2012 — sayca 57-ci Mahnı Müsabiqəsidir. Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur.

baku2015 games

European Games

2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. ACH komandası Olimpiya stadionunda, həmçinin başqa məkanlarda keçirilən idman tədbirlərini təşkil edib.

islamic games

İslamic Solidarity Games

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi- idman turniri idi. Komandamız bu tədbirdə Açılış və Bağlanış mərasimlərində təşkilatçı kimi müxtəlif şöbələrdə fəaliyyət göstərmişdi.

expo 2020

Expo

Expo 2020 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılması planlaşdırılan ənənəvi Expo sərgisidir. Beynəlxalq Sərgilər Bürosunun (BIE) Baş Assambleyası 27 noyabr 2013-cü ildə Dubayı ev sahibi kimi seçdi.COVID-19 pandemiyası ilə əlaqədar sərgi 1 oktyabr 2021-ci il tarixinə təxirə salındı və adı Expo 2020 olaraq qalacağı açıqlandı.

2021 f1

Formula1 Saudi Arabia Grand Prix

Səudiyyə Ərəbistanı Qran Prisi 2021 Formula 1 mövsümündən başlayaraq Formula 1 təqvimindəki yarışlardan biridir. İlk yarış 5 dekabr 2021-ci ildə Ciddə şəhərində gecə yarışı olaraq keçirildi. Bu tədbirdə ACH nümayəndələri hər il iştirak edir, əsasən Paddock club və Ceremonies seqmentlərində fəaliyyət göstəririk.

fifa 2022

FIFA World Cup

2022 FIFA Dünya Kuboku 20 noyabr - 18 dekabr 2022-ci il tarixləri arasında Qətərdə keçirilən 22-ci FİFA Dünya Kuboku turniridir. 2 dekabr 2010-cu ildə keçirilən səsvermə nəticəsində FİFA bu turnirin Qətərdə təşkil edilmə qərarı aldı. Turnirdəki qarşılaşmalar 5 müxtəlif şəhər və 8 fərqli stadionda oynanılıb. Bu dünyanın ən böyük tədbirlərindən sayılan çempionatda Transportation və Hospitality, eləcə də Açılış mərasimində iştirak etmişik.

2023 saudi

Saudi Games 2023

Səudiyyə Oyunları Krallıqda hər il keçirilən ən böyük milli idman tədbiridir. Bu, 6000-dən çox idmançının iştirak etdiyi 53-dən çox idman növünün iştirakı ilə çoxoyunlu birləşmiş idman turniridir. Saudi Games 2023 idman yarışmaları Riyad şəhərində, bir neçə stadionlarda və idman kompekslərində eyni zamanda keçirilib.

f1 azerbaijan

Formula1 Azerbaijan Grand Prix

Azərbaycanda keçirilən ilk Formula 1 Qran Prisi 2016-cı ildə Bakı Şəhər Halqasında keçirilən Avropa Qran Prisi olub. Bir il sonra, 2017-ci ildə həmin trasda ilk Azərbaycan Qran Prisi keçirilib. O, iyunun 25-də keçirilib və 2017 Formula 1 təqvimində beş küçə dövrəsindən biri olub. Formula1 Azerbaijan Grand Prix-ndə ACH komanda üzvləri Openning ceremony. Autograph Session, Award ceremony və dünya ulduzlarının konsertlərini təşkil edib.

Fibonacci

"Fibonacci" intellektual oyunu

Chess

Şahmat çempionatı

Domino

Domino turniri

Bowling

Bowling kuboku

YENİLİKLƏR

İlk siz xəbərdar olun

BİZİMLƏ ƏLAQƏ

Ətraflı məlumat üçün əlaqə saxlayın

Ünvan

Bakı, Azərbaycan

Əlaqə nömrəsi

+994998858483

E-poçt ünvanı

info@ach.az

Sizin məktubunuz göndərildi.Təşəkkürlər!